image

Səfərov Şahmar Nazim oğlu

Şərur 22-Dec, 21:44 Elvin 241 0

Səfərov Şahmar Nazim oğlu
1997-ci il sentyabr ayının 1-də Şərur rayon Siyaqut kəndində dünyaya göz açıb.  2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsilinə davam edib, 2014-cü ildə bu liseyin məzunu olub. 2015-ci ildən Heydər Əliyev adına Akademiyada hərbi təhsilinə başlamış, 2019-cu iildə müvəffəqiyyətlə akademiyanı bitirmişdir.
2019-cu ildən leytenant rütbəsi alaraq tağım komandiri kimi ilk peşə faəliyyətinə başlamışdır.
27 sentyabr 2020-ci ildə başlanan Vətən Savaşının ilk şəhidlərindən olaraq adını Azərbaycan Tarixinə qızıl hərflərlə yazdırır. Döyüşün ilk günü şəhidlik zirvəsinə ucalan Şahmarın nəşini 52 gün sonra ailəsinə təhvil vermək mümkün olub.
Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyi üçün  “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
 
Səfərov Şahmar Nazim oğlu 18 noyabr 2020-ci il tarixində Bakıdakı İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 


Oxşar məqalələr