image

Meydanov Elməddin Bahaddin oğlu

Şərur 22-Dec, 21:09 Elvin 299 0
Meydanov Elməddin Bahaddin oğlu 11 sentyabr 1989-cu ildə Şərur rayon Vərməziyar kəndində anadan olub. 1997-ci ildə Şərur rayon Vərməziyar kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 2007-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının “Sərhəd qoşunları fakultəsi”ndə hərbi biliklərə yiyələnib. 2011-ci ildən Azərbaycan Sərhədlərinin mühafizəsində xidmətə başlayıb və kapitan rütbəsinəcən yüksəlib.
27 sentyabr 2020-ci ildə başlana İkinci Qarabağ Savaşında öz döyüş yoldaşları ilə qəhrəmanlıq səlnaməsi yazan Elməddin 26 oktyabr 2002-ci il tarixində Zəngilan rayonun Ağbənd qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərmiş, elə orada da şəhidlik zirvəsinə ucalmışdır.
 
Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, "Azərbaycan Ordusunun 95 illiyi", “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları ilə mükafatlandırılmışdır.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Elməddin Meydanov ölümündən sonra "Vətən uğrunda" medalı və 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
 Şərur rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 
Oxşar məqalələr