image

Rzayev İlkin Cəfər oğlu

Şərur 20-Dec, 23:26 Elvin 578 0

Rzayev İlkin Cəfər oğlu 1984-cü ildə Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990-1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995-2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə yenidən sənəd verir və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək “Leytenant” rütbəsini alır. 2006-2007-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlik kursu keçir. 

2009-cu ildə “Baş Leytenant”, 2013-cü ildə “Kapitan”, 2017-ci ildə isə “Mayor” rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənmişdir. Sağ  ikən aldığı 6 medal bunun göstəricisidir. “Silahlı Qüvvələrin yaranmasının 90 illiyi” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalı, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalı, “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi” medalı, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli” medalı kimi nailiyyətləri onun necə zabit olduğunu göstərir. Onun son vəzifəsi “Döyüş hazırlığı bölmə rəisi” olmuşdur. 

İlkin müharibə başlanandan Murovdağ uğrunda döyüşlərə girir. Onun başçılığı altında hərbçilərimizin əks-hücumu nəticəsində Murovdağ işğaldan azad edilir. Hərbi hissənin döyüş hazırlığına rəhbərlik edən İlkin həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına döyüşür. Digər istiqamətdə də qızğın döyüşlərin getdiyi vaxtda İlkindən 2-3 km məsafə uzaqlıqda döyüşən əsgərlərinin mühasirəyə düşəcəyini, pis vəziyyətdə olduqlarını müşahidə məntəqəsindən görür. Və öz postunu təhvil verdikdən sonra silahını götürüb təkbaşına həmin yerə köməyə gedir. Mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri həmin mövqeni dayanmadan atəşə tuturlar və sonda bir mərmi İlkinin boğazına tuş gəlir. Baş verən güclü qanaxmaya baxmayaraq özündə güc toplayaraq yanına yetişən döyüş yoldaşlarına “Övladlarımdan muğayat olun. Komandanlıq üzrümü qəbul etsin. Döyüş tapşırığını sona kimi davam etdirə bilmədim. Vətən, məni bağışla!”deyərək əbədiyyətə qədər gözünü yumur... Onun şəhid olduğu yer sıldırımlar və çətin relyef olduğuna görə cənazəsinə götürmək də asan olmur. Hətta onu götürməyə cəhd edən bir döyüş yoldaşı da snayperlə qolundan vurulur... Oktyabrın 2-də şəhidlik məqamına ucalsa da, üzərinə yağan qar altında qalır, sonra onu tapmaq mümkün olmur. Beləcə, 60 gün Murovun bəyaz qarına sarılıb uyuyur. lkin bir çox yerlərdə xidmət etmişdi, ancaq ən çox Murovu sevirdi. Tanrının ona yazdığı alın yazısına da Murovdağda yekun vurdu... Dekabr ayının 18-də İkinci Şəhidlər Xiyabanında dəfn edilən Murov Aslanı Mayor İlkin Rzayevdən Vətənə əmanət iki balası – qızı Nur və oğlu Əli qaldı
Oxşar məqalələr