image

Vəliyev Vüsal İslam oğlu

Şərur 18-Dec, 22:30 Elvin 1 833 0

 Vəliyev Vüsal İslam oğlu 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə кəndində anadan olub.
 1994-2002-
ci illərdə Şərur rayon Dizəkənd orta məktəbində təhsil alıb. 2002-2005-ci il tarixlərində Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində Heydər Əliyev adına Ali Hərbi məktəbdə hərbi təhsilinin sirlərini öyrənib. 2012-ci ildə 3 aylıq XTQ təliminə qoşulub.
Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib.
 
Azərbaycan Ordusunun mayoru olan Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Vəliyev noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub.   14 dekabr tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.  
 Nişanlı idi.

Oxşar məqalələr