image

Xəlilbəyli Turqut Nadir oğlu

Şərur 31-Mar, 10:44 Elvin 85 0

Xəlilbəyli Turqut Nadir oğlu 1993-cü ilin iyul ayının 4-də  Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. 2000-ci ildə Yengicə kənd tam orta məktəbin birinci sinfinə daxil olan Turqut 2007-ci ildən təhsilini Şərur şəhər “Fizika-riyaziyyat” liseyində davam etdirir. 2011-ci ildən bu liseydən məzun olan Xəlilbəyli Turqut həmin il Azərbaycan Tibb Univeristetinə qəbul olur. 2011-2018-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alan Turqut bu ali təhsil ocağından hərbi həkim kimi məzun olur və Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim kimi fəaliyyətə başlayır. 

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə hərbi həkim kimi öz vəzifəsini şərəflə yerinə yetirir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib onları döyüş meydanından çıxaran zaman 7 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır.
İkinci Fəxri xiyabanda dəfn olunub. Subay idi.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar məqalələr