image

İbrahimov Ruzi Əliağa oğlu

Şərur 31-Mar, 10:36 Elvin 77 0
İbrahimov Ruzi Əliağa oğlu 23 Fevral 1983-cü ildə Şərur rayon Yengicə kəndində anadan olmuşdur.1990-cı ildə Yengicə kənd tam orta məktəbinə daxil olan Ruzi 2001-ci ildə həmin məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Vətənə olan borcunu vermək üçün Ruzi həqiqi hərbi xidmətə yollanır. Həqiqi hərbi xidmətini yekunlaşdıran Ruzi sonradan yenidən Azərbaycan Ordusuna geri dönür – bu dəfə baş çavuş kimi. Xidməti dövründə  şəxsi  şücaətinə  görə bir çox fərqlənmə diplomları ilə təltif olunan baş çavuş Ruzi İbrahimov eyni zamanda Türküyədə də hərbi təlimlərdə yüksək nailiyyətlər  əldə edir. “Günnüt əməlliyatı”nın iştirakçısı olan Ruzi 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ Müharibəsində Zəngilan, Füzuli, Qubadlı, Hadrutun işğaldan azad olunmasında yaxından iştirak edir. Şuşa  istiqamətində qolundan aldığı qəlpə  yarasına  baxmayaraq  ilk tibbi yardım alır, “mən bu yara ilə geri dönə bilmərəm deyir”  və qolunu sarıyaraq yenidən döyüşə qatılır. 7 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad olunması zamanı şəhidlik zirvəsinə yüksəlir.13 noyabr 2020-ci il tarixində Şərur Şəhidlər Xiyabanında  dəfn olunur.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar məqalələr