image

Hüseynov Raqib Adil oğlu

Şahbuz 07-Jan, 22:53 Elvin 118 0

Raqib Adil oğlu Hüseynov 1993-cü ildə muxtar respublikanın Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində alıb. Ailəsinin Naxçıvan şəhərinə köçməsi ilə əlaqədar təhsilini Heydər Əliyev adına Naxçıvan şəhər tam orta məktəbində davam etdirməyə başlayıb. Qəlbinə hakim kəsilən zabit olmaq arzusu onu 2009-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirib. İki il sonra liseyi yüksək qiymətlərlə bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2015-ci ildə məktəbi bitirərək leytenant rütbəsində Gəncəyə göndərilib. 2018-ci ildən 2020-ci ilədək Tərtərdə qulluğunu davam etdirib. Vətən müharibəsi başlayanda 9 ay idi ki, Naftalanda xidmət edirdi.
2020-ci il sentyabrın 29-da Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına 
şəhid olub. Məni Naxçıvan şəhər məzarlığında dəfn edilib.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqib Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı, Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

Oxşar məqalələr