image

Səfərov Qəşəm Taməddin oğlu

Şahbuz 05-Jan, 22:01 Elvin 200 0
Səfərov Qəşəm Taməddin oğlu 01.11. 1997-cil tarixində Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. 2004-cü ildə Yuxarı Qışlaq kənd orta məktəbinin 1 sinifinə daxil olmuş, 2012-ci ildə Naxcıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyin kursant adını qazanmışdır. Orda oxuduğu müddətdə bir neçə yarişda iştirak edən Qəşəm  artıq Naxcıvanda ən yaxşı kros qaçış birincisi kimi tanınır. 2015-ci ildə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur.  2016-cı ildə geçirilən ordu birinciliyi krosunda birinci yerə layiq görülən Qəşəm haqqında "ƏHSƏN ŞAHBUZLU KURSANT" başlığıyla ORDU qəzetində məqalə çap olunur.
Bəzi səbəblərdən 2017-ci ildə AAHM-dən xaric olunur, Vətən borcunu Tərtər rayonunun " N " saylı hərbi hissəsində həqiqi hərbi xidmətə getməklə tamamlayır.
2019-cu ildə Naxçıvan şəhərində keçirilən "Naxcıvan marafonu 2019" qaçış marafonunda hamıdan irəlidə finiş xəttinə cataraq birinciliyin sahibi olur.
2020 -ci ilin avqust ayında hərb sənətinə olan marağı Qəşəmi yenidən ordu sıralarına qatır. Qəşəm Səfərov Şahbuz rayonu "N" sayli hərbi hissədə MAHHXHQ(əsgər) kimi xidmətə başlayır. Sentyabrın 27-də başlanan İkinci Qarabağ Savaşında iştirak üçün könüllü komandanlığa   ərizə ilə müraicət etsə də, gözlərinin zəif olmasını səbəb gətirib müraciətini geri çevirirlər. Bu isə Qəşəmi fikrindən döndərmir, bir daha müraciət edir.
Qəşəm Səfərov oktyabr ayının 29-da Xocavənd uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır.  Noyabr 3-də Şahbuz rayon Yuxarı Qışlaq kənd məzarlığında dəfn olunur.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəşəm Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxşar məqalələr