image

Rzayev Zülfü Zeyni oğlu

Şahbuz 30-Dec, 13:51 Elvin 190 0

Rzayev Zülfü Zeyni oğlu 1993-cü ilin may ayının 9-u Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. 1999-cu ildə Şahbuz rayon Külüs kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildən təhsilini Heydər Əliyev adına hərbi liseydə davam etdirmişdir. 2010-cu ildə hərbi liseyi bitirmişdir və həmin ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. AHMM-də oxuduğu 4 il müddətində "Kəşfiyyatçı" ixtisasına yiyələnmiş, 2014-cü ildə bu məktəbdən məzun olaraq "leytenant" rütbəsini almışdır. 2014-2015-ci illərdə Bakıda TTM-də həm təhsilini,həm də təlimlərlə ixtisasını möhkəmlətmişdir. 2015-ci ilin avqust ayından etibarən Füzuli rayonundakı N saylı hərbi hissədə öz ixtisası üzrə işləməyə başlamışdır. 2016-cı ildin “Aprel döyüşləri”ndə iştirak etmişdir. Erməni polkovnikini üzbəüz durararaq öldürmüş və öz döyüş yoldaşını xilas ermişdir. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən 2016-cı il 19 aprel tarixli 1967 nömrəli sərəncamı ilə "İgidliyə görə" medalı, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi” yubiley medalı ilə

təltif olunub.

İkinci Qarabağ müharibəsinin başlandığı ilk gün - 27 sentyabr tarixində yaralı əsgərini xilas edərkən aldığı snayper yarasından vəfat edir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfü Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən   "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli idi...

Oxşar məqalələr