image

Babayev Rahib Bəxtiyar oğlu

Şahbuz 21-Dec, 22:08 Elvin 421 0

Babayev Rahib Bəxtiyar oğlu 1985-ci il  iyunun 19- da Şahbuz rayonunun Külüs kəndində anadan olub.

1992-ci ildən 1996-cı ilə kimi Külüs kənd orta məktəbində təhsil almışdır.1997-1999-cu illərdə Naxçıvan şəhər 14 nömrəli orta məktəbində təhsilini davam etdirmişdir. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2002-2006-cı il tarixlərdə Heydər Əliyev adına Ali Hərbi  məktəbdə təhsil alıb, hərb sənətinə yiyələnmişdir.

Sumqayıt, Qazax, Murovdağ silsiləsində xidmət etmiş, mayor rütbəsinə qədər yüksəlmişdir.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı  Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşub. Babayev Rahib sentyabrın 30-da özünün başçılıq etdiyi taborla birlikdə bir neçə düşmən postunu ələ keçirmiş,misilsiz şücaət göstərmişdir. Sentyabrın 30 da şəhidlik zirvəsinə ucalan mayor Babayev oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı”, “Azərbaycan Ordusunun 95 illiyi yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı”, “Qüsursuz xidmətə görə 3 -cü dərəcəli medalı”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli   medalı”, “Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Rahib Babayev ölümündən sonra"Azərbaycan Bayrağı"ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Ailəli idi. Vətənə əmanət 3 övladı qalıb.

Oxşar məqalələr