image

Niftalızadə Niyamin Xaliq oğlu

Şahbuz 19-Dec, 18:36 Elvin 361 0

 

Niftalızade Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub. 2003-2012-ci illərdə Bakı şəhər Xətai rayonu 191 saylı tam orta məktəbdə  9 illik təhsil alıb, 2012-2015-ci illərdə 15 saylı Bakı peşə liseyinde aşbaz sənətinə yiyələnmişdir.
2015-2017-ci illərdə Naxçıvan Muxtar   Respublikasında həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə nümunəvi əsgər olaraq komandirlər tərəfindən dəfələrlə müxtəlif mükafatlarla qiymətləndirilmişdir.
2020-ci ildə sentyabr ayında İkinci Qarabağ müharibəsində könüllü olaraq döyüşə qatılır. Cəbrayıl istiqamətində gedən döyüslərdə böyük şücaət göstərib. 07.10.2020-ci il tarixində düşmənin 2 tankını məhv edərək 20-dək döyüş yoldaşının həyatını xilas etsə də, şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Niyamin Niftalızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Oxşar məqalələr