image

Qəhrəmanov Elməddin Niyaməddin oğlu

Kəngərli 06-Jan, 21:55 Elvin 174 0

Elməddin Qəhrəmanov Niyaməddin oğlu 1997-ci il 26 yanvar tarixində Naxçıvan MR Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. 2003-2011-ci illərdə Kəngərli rayonu Qıvraq qəsəbəsində tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almişdir.
Elməddin Qəhrəmanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2018-ci ildə leytenant hərbi rütbəsi alaraq ilk xidmət yeri olan Ağdam rayonunda taqım komandiri vəzifəsində fəaliyətə başlayıb.
 Azərbaycan Ordusunun leytenantı olan Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam isdiqamətində gedən döyüşlərdə olub. Elməddin Qəhrəmanov oktyabrın 6-da Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində dəfn edilib.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Oxşar məqalələr