image

Əsgərov Elçin Yalçın oğlu

Kəngərli 06-Jan, 21:49 Elvin 185 0

Əsgərov Elçin Yalçın oğlu 1997-ci ildə fevral ayının 3- də Şərur rayon (İndiki Kəngərli) Qıvraq kəndində anadan olmuşdur. 2004-cü ildə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2011-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyevadına Hərbi Liseyə daxil olur. 2014-cü ildə sözügedən liseyi bitirərək, paytaxt Bakıya üz tutur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Elçin Əsgərov 2018-ci ildə ali təhsilini kəşfiyyatçı ixtisası üzrə başa vurur və leytenant kimi xidmətə başlayır
 2020 – ci ilin sentyabr ayında başlanan İkinci Qarabağ savaşında əsasən Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərir.
Dəfələrlə yaralanmasına baxmayaraq qısa fasilələrlə müalicə olunur və yenidən döyüşlərə qatılır. 25 oktyabr 2020-ci ildə Füzuli rayonu Əbdürrəhmanlı kəndində şəhid əsgərlərini döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalır.
Kəngərli rayon Qıvraq qəsəbə məzarlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı və   Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxşar məqalələr