image

Əsgərov Vüqar Rza oğlu

Kəngərli 19-Dec, 17:35 Elvin 225 0

Əsgərov Vüqar Rza oğlu 1994ü il 26 noyabr Şərur rayon (indiki Kəngərli) Qarabağlar kəndində anadan olub. 2001-ci il Qarabağlar kənd  2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2012-ci il həmin məktəbi bitirib. Elə həmin il Azərbaycan Pedaqoji İnstitunun Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsinə daxil olur, lakin ailəsi maddi sıxıntı yaşadığından təhsilini davam etdirmir. Hərbi xidmətə yollanır. 2014cü il hərbi xidməti başa vurduqdan sonra yenidən ali məktəbə sənədlərin verir və yenə ödənişli əsaslarla universitetə qəbul olur. Təəssüf ki, yenə də ali təhsil almaq qismət olmur.
2019-cü ildən isə müddətdən artıq hərbi qulluqçu MAHHXHQ kimi ordu sıralarına qatılır, 2020-ci ilədək kiçik çavuş vəzifəsində çalışır. 2020-ci il 27 sentyabrında ordumuzun əks hücum əməliyyatına başlaması nəticəsində Qarabağa könüllü yollanır.
 Vüqar 26 oktyabr 2020ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Oxşar məqalələr