image

İsmayilov Fuad Murad oğlu

Kəngərli 02-Apr, 11:00 Elvin 61 0

İsmayilov Fuad Murad oğlu 26 oktyabr 1986-cı ildə Şərur rayonunun (indiki Kəngərli) Qıvraq kəndində anadan olub. 1993-cü ildə Qıvraq kənd Vəli Caməmmədov adına tam orta məktəbinin birinci sinifinə daxil olan Fuad 2002-ci ildən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirir. 2005-ci ildə bu təhsil ocağından məzun olan Fuad ismayılov elə həmin ildə paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2009-cu ildə leytenant rütbəsi alaraq motoatıcı ixtisasını bitirib. 2009-2010-cy illərdə Silahlı Qüvvələrin TTM-də zabit ixtisas kursunun dinləyicisi olub. üzrə AHHM-də işləməyə baslayır. 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə isə mayor rutbəsinə qədər yüksəlir.
Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı,  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 2020-ci il 27 sentyabrında başlamış İkinci Qarabağ savaşı istirak edərək, Tərtər rayon Talış kəndinin alınmasında böyük cəsarət nümayiş etdirir.

4 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 10 oktyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ailəli idi, 2 övladı yadigar qalıb. 

Oxşar məqalələr