image

Rzalı Daşqın Elşad oğlu

Culfa 07-Jan, 22:55 Elvin 169 0

Daşqın Elşad oğlu Rzalı 1993-cü il may ayının 27-si Naxçıvan Muxtar Respublikası Culfa rayonu Yaycı kəndində dünyaya gəlib. 2000-2011 ci illərdə Yaycı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2011-ci il iyul ayının 1-i hərbi xidmətə başlayıb, 2012-ci il dekabr ayının 27-si hərbi xidməti uğurla başa vurub. Əsgərlikdən gəldikdən sonra bir müddət Bakı şəhərində işləmişdir. Elə bu zamanlarda da idman həvəsini itirməmiş, cüdo ilə məşğul olmağa davam etmişdir.
 Ailəli idi.
2017-ci il fevral ayının 17-si Dövlət Sərhəd Xidmətində xidmətə başlamışdır. Yevlaxda 6-ay kurs keçdikdən sonra Lənkəran şəhərində, 2019-cu il aprel ayından Xızı şəhərində xidmətini davam etdirib. Azərbaycan Ordusunun kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.
Culfa rayon Yaycı kənd məzarlığında dəfn olunub.
 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rzalı Daşqın Elşad oğlu ölümündən sonra3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və  Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxşar məqalələr