image

Hafis Cavanşir oğlu Qasımov

Culfa 19-Dec, 23:54 Elvin 951 0

Hafis Cavanşir oğlu Qasımov 1998-ci il iyul ayının 18-də Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində oxumuş, 8-ci sinfi bitirdikdən sonra 2012-2015-ci illərdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi liseydə təhsil almışdır. 2015-ci ildə həmin liseyi bitirərək  H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.Kursantlıq illərində 2018-ci ildə Azərbaycan ordusunun yaranmasının yüz illiyi ilə əlaqədar keçirilən paradda iştirak etmiş və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdi. 2019-cu ildə həmin məktəbi “Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini” ixtisası üzrə bitirib.
2019-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə “Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini” vəzifəsinə təyin edilib. Leytenant Hafis Qasımov qısa xidməti dövründə bir sıra nəaliyyətlər qazanmış, hərbi hissə və Birlik Komandanlığı tərəfindən dəfələrlə təltiflərə layiq görülmüşdü.
İşğal olunmuş  Azərbaycan torpaqlarının azad olunması uğrunda başlanan “Vətən müharibəsi”nin ilk günlərindən döyüşlərdə iştirak edən Hafis Qasımov  Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə 14 oktyabr  2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Bu istiqamətdə yerləşən bir neçə kəndin və Xudafərin körpüsünün düşməndən azad olunmasında iştirakı etmişdir. Şəhid Hafis Qasımovun nəşi 18 oktyabr 2020-ci il tarixində Naxçıvana gətirilmiş və doğulduğu Camaldın kəndində dəfn edilmişdir.
 Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 tarixli sərəncamına əsasən   Hafis Qasımov ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif edild
i.

Oxşar məqalələr