image

Novruzlu Ümid Bahadur oğlu

Babək 05-Jan, 22:13 Elvin 310 0
Novruzlu Ümid Bahadur oğlu 1992-ci il uyunun 7-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbəsində anadan olub. 1998-ci ilde Babək rayon baək qəsəbəsində Vəli mahmudov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2009-cu ildə həmin məktəbdən məzun olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağırılan Ümid 2012-ci ildə ordu sıralarından tərxis olunub. Hərbiyə bağlılıq 2012-ci ildə ümidi yenidən ordu sıralarına qaytarıb – bu dəfə MAXEHQ əsgər kimi...Sürücü – atıcı kimi xidmətə başlayan Ümid Növruzlu 2020-ci ildə gizir rütbəsi almaq üçün kursda olur. Müvəffəqiyyətlə bu kursu başa vuran Ümid Novruzlu gizir rütbəsi alır.
2020-ci ildə Naxçıvanda baş tutan hərbi təlimlərdə ayağından zədələnsə də, İkinci Qarabağ Savaşında döyüşmək Ümidə də qismət olur. Belə ki, zədəli olmasına baxmayaraq Vətən Savaşı üçün döyüşə yollanır. 24 oktyabr 2020-ci il tarixindən döyüşlərə qatılan Ümid Novruzlu 5 noyabr 2020-ci il tarxində Şəhidlik zirvəsinə ucalır.
13 noyabr 2020-ci il tarixində cənazəsi doğulduğu Babək şəhərinə gətirilən Ümid Bahadur oğlu Novruzlu elə həmin qəsəbənin məzarlığında dəfn olunur.
Ailəli idi, 2 övladı yadigar qalıb.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxşar məqalələr