image

Əliyev Fərmin Fərman oğlu

Babək 18-Dec, 21:33 Elvin 203 0

Əliyev Fərmin Fərman oğlu 1996-cı il 20 mart tarixində Şıxmahmud kəndində dünyaya göz açmışdır. Zəhmətkeş kəndli ailəsində böyüyən Fərmin 1-ci sinifə Şıxmahmud kəndində başlamışdır, 2011-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə təhsilini davam edir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali hərbi məktəbin “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisasına yiyələnir. Məktəbi bitirdikdən sonra işə başladığı N saylı hərbi hissədə vətənpərvərliyi, çevikliyi ilə hərkəs tərəfindən rəğbət və hörmət qazanır.İlk işlədiyi dövrdə əsgər heyəti ilə, məsuliyyəti, tələbkeşliyi, tapşırıqları yuksək səviyyədə yerinə yetirdiyi üçün sonradan zabit heyətində təlimlərə qoşulur.
Əks hücum tapşırığını yerinə yetirmək üçün toplaşan 200 nəfərlik heyətə komandirinin göstərişi ilə, Həmlə kəşfiyyat taborunun ilk könüllü dəstəsinin yaradılması tapşırığı verildikdə irəli ilk addımı atan məhz Fərmin olur. 50 nəfərlik dəstəyə Fərminin komandirlik etməsi tapşırılır.
Sentyabr ayının 27-si səhər saatlarından başlayaraq Gülüstan kəndi və bir neçə kəndi işğaldan azad edirlər. Yaylaq postunun qabağından Ballıqaya və Ağcakənd arasına girən Fərmingilin heyəti düşmən muhasirəsinə düşür. Fərminin xüsusi şücayəti və taktikası ilə bir qrup, günorta saatlarında mühasirədən cıxmağı bacarır.
 29 sentyabrda Cəbhənin Tərtər istiqamətində qızğın döyüşlərdə iştirak edir və burada şəhidlik zirvəsinə ucalır. 1 oktyabrda
Şıxmahmud kənd qəbristanlığında torpağa tapşırılır. Şəhid olduğu gündən 23 gün sonra övladı dünyaya gəlir, öz arzusu olduğu üçün övladına atasının adı Fərman adı qoyulur. 

Oxşar məqalələr