image

Məmmədzadə Pərviz Zahid oğlu

Babək 05-Feb, 16:26 Elvin 220 0
Məmmədzadə Pərviz Zahid oğlu 31.07.2001-ci ildə Babək rayon Qaraxanbəyli kəndində dünyaya göz açıb. 2007-2015-ci illərdə Qaraçuq kəndində yerləşən Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə qəbul olur. 2018-ci ildə bu liseydən məzun olaraq Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yilənmək üçün kursant kimi təhsilini davam etdirir. 2020-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yola düşür. 06 noyabr 2020-ci ildə xocavəndin işğaldan azad olunmasında şəhidlik zirvəsinə ucalır. 19 noyabr 2020-ci ildə Qaraçuq kənd məzarlığında torpağa tapşırılır. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən " Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Oxşar məqalələr