image

1-ci Qarabağ savaşı

1-ci Qarabağ 17-Dec, 14:30 Elvin 155 0
1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

I Qarabağ müharibəsi
1989-cu ilin salnaməsi Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumları ilə xarakterizə olunmuşdur. 1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında”qərar qəbul etdi.
1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq “Dağlıq Qarabağ Respublikası” nın qurulmasını bəyan etdilər.
1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini işğal etmişdir.1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə Azərbaycan ordusu hücuma keçmişdir. Lakin siyasi instutut sistemi pozulması nəticəsində bu uzun müddət davam etməmişdir və nəticədə ermənilər əks hücuma keçdilər. Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür. 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.
I Qarabağ Müharibəsi  nəticəsində Azərbaycan Respublikası cəmi 50  milyard dollar məbləğində ziyana məruz qalır, eyni zamanda Azərbaycana aid 500 tarixi-memari,100-dən çox arxeolojik abidə,minlərcə əsərin qorunduğu 22 müzey,4 rəsm sərgisi,4.6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi,20 mədəniyyət sarayı,4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib dağıdlılır. İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu,yenə cəmi uzunluğu 3984 m olan 160 körpü,14,5 min km uzunluğunda elektrik xətti,2500 elektrik trafosu,2 min km gaz boru xətti,160 su deposu,34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır. İşgal edilmiş bölgələrdə cəmi 140 min şagirdin oxuduğu olan 600 məktəb,53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi,2 yüksək öğrənim qurumu məhv edilib.700 səhiyyə ocağı,bu bağlamda 800 nəfərlik xəstəxana,poliklinikalar,doğum evləri,aptek binaları,təcili yardım xəstəxanaları dağıtılmıştır. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.
Oxşar məqalələr